BMW yeni universalın sirrini açdı

BMW yeni universalın sirrini açdı
Tarix: 5-02-2017, 17:15

BMW şirkəti yeni nəsil universal 5-Series təqdim edib. Avtomobil mart ayında Cenevrədə keçiriləcək avtosalonda debüt edəcək. Modelin əsas rəqibləri Mercedes-Benz E-Class Estate və Audi A6 Avant-dır.

Yenilik sələfinə nisbətən daha böyük və geniş olub. Arxa oturacaqlar yığıldıqda onun baqajının həcmi 1700 litrə bərabər olur. Bu, əvvəlki modeldən 30 litr çoxdur. Avtomobilin uzunluğu 8 mm, təkər bazası isə 7 mm böyüyüb.

Buna baxmayaraq, təkmilləşdirilmiş modul platforması sayəsində yeni BMW 5-Series Touring daha yüngül alınıb (-100 kq). İndi universal 730 kq-adək yük daşıya biləcək (+120 kq).

Avtomobili 4 versiyada əldə etmək olar – 530i, 540i xDrive, 520d və 530d. Avtomobil 252 a.g. olan 2,0-litrlik, 340 a.g. olan 3,0-litrlik benzin mühərriklərlə təchiz edilir. Hər iki mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Müştərilərə, həmçinin 2,0-litrlik dizel mühərriki təklif edilir. Mühərrik 190 a.g.-ə malikdir. Həmçinin 265 a.g. olan 3,0-litrlik dizel aqreqat da əldə etmək olar.


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı


BMW yeni universalın sirrini açdı

Bu xəbər 199 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.