TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb
Tarix: 2-05-2017, 09:39

TechArt atelyesi bu il özünün 30 illik yubileyini qeyd edir və bu yubileyin şərəfinə Porsche Cayenne modelinin Magnum Sport Edition 30 Years adlı variantını hazırlanmışdır. Tüninq keçmiş avtomobil çoxsaylı ciddi yenilənmələrə məruz qalmışdır.


Avtomobilin salonu yüksək kefiyyətli dəri, alkantara, laklanmış və karbon işləmələrlə tərtib edilmişdir. TechArt Magnum Sport Edition 30 Years modelinin salonu qara-qırmızı rənglərdə hazırlanmışdır. Avtomobil yenilənmiş cihazlar panelinə və yeni sükan çarxına sahib olmuşdur.
Zahiri cəhətdən təkmilləşdirilmiş model aqressiv kuzov dəsti ilə seçilir. Bu dəstin tərkibinə iri arxa diffuzor, yeni bamperlər, təkər tağlarının genişləndiriciləri, havalandırmalı kapot, karbondan elementlər, əlavə spoylerlər və eksklyuziv təkər diskləri daxildir. Sadlanan elementlər sayəsində Cayenne modeli əsil “monstra” çevrilmişdir. Avtomobilin mühərrikinin gücü 720 at qüvvəsinə qədər artırılmışdır.
Atelye nümayəndələri Magnum Sport Edition 30 Years dəstinin bütün Cayenne modelləri üçün təklif edildiyini bildirmişdirlər.

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

TechArt atelyesi 30 illik yubileyinə xüsusi dəst hazırlayıb

Bu xəbər 142 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.