Ford şirkəti Focus RS hetçbekinin məhdud saylı seriyasını hazırlayıb

Ford şirkəti Focus RS hetçbekinin məhdud saylı seriyasını hazırlayıb
Tarix: 3-06-2017, 21:03

Ford şirkəti “qaynar” Focus RS hetçbekinin xüsusi variantını təqdim etmişdir. Focus RS Limited Edition adlandırılmış modifikasiya “qaynar” hetçbekin cari nəslinin vida variantıdır.

Modelin hazırlanmasında hetçbekin fanatlarının forumlar, bloq və sosial şəbəkələrdəki səhifələrində yazdıqları arzu və tövsiyyələri nəzərə alınmışdır. Xüsusi modifikasiya standart modeldən ön öxda quraşdırılmış mexaniki qapanması olan yüksək sürtünməli differensialdır.
Bundan başqa, “qaynar” hetçbekin tam çəkiş sistemi dəyşilməz qalmışdır. Bu sistem fırlanma anının 70 faizinə qədərini arxa oxa, həmçinin arxa təkərlərin birinə ötürə bilən iki çoxdiskli muftadan istifadə edir.
Ford Focus RS Limited Edition modelinin avdanlıq siyahısına qara rəngli təkər diskləri, qızdırılan və elektriklə tənzimlənən Recaro firmasının oturacaqları, interyerin karbondan işləmələri, həmçinin qara rəngə boyanmış dam, arxa antiqanad və yan güzgülərin gövdələri daxildir.
Ford şirkətindən Rocus RS Limited Edition modeli yeni “qaynar” hetçbeki Şimali Amerikada sifariş etməyin son şansı olduğu bildirilmişdir. Cəmi 1500 ədəd belə avtomobilin buraxılacağı planlaşdırılır. Onlardan 1000 nüsxəsi ABŞ-da, qalan 500 nüsxəsi isə Kanadada satılacaqdırlar.
Forus RS Limited Edition modelini qırmız və ya göy rəngdə sifariş etmək mümkündür. Avtomobillərin qiyməti açıqlanmamışdır. Xatırladaq ki, Focus RS modei 350 at qüvvəsi hasil edən EcoBoost ailəsindən olan 2,3-litrlik turbomühərriklə hərəkətə gəlir. Tam çəkişli hetçbek 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir.

Ford şirkəti Focus RS hetçbekinin məhdud saylı seriyasını hazırlayıb

Ford şirkəti Focus RS hetçbekinin məhdud saylı seriyasını hazırlayıb

Bu xəbər 420 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.