BMW yenilənmiş hetçbək təqdim edib

BMW yenilənmiş hetçbək təqdim edib
Tarix: 4-10-2017, 08:24

BMW şirkəti təkmilləşdirilmiş elektrokar i3 təqdim edib. Onun rəsmi təqdimatı Frankfurt avtosalonunda keçiriləcək. Restaylinqdən əlavə, modeldə idman modifikasiyası - i3s peyda olacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Yeni BMW i3s təkmilləşridilmiş sinxron elektrik mühərriki alıb. Onun məhsuldarlığı 184 a.g. və 270 Nm fırlanma anınadək artıb. Bu, standart elektrokarın mühərrikinin gücündən 14 a.g. və 20 Nm çoxdur (adi i3-dən 0,3 saniyə daha cəlddir). Maksimal sürət isə 160 km/saatdan çoxdur.

BMW i3-ün idman versiyası 40 mm genişləndirilmiş arxa təkər izi alıb, yol səthi ilə təmas hündürlüyü 10 mm azalıb. Mühəndislər asılqanın hazırlanmasında yenilənmiş yaylardan, amortizatorlardan və köndələn müqavimətli sabitləşdiricilərdən istifadə ediblər.

Bununla yanaşı, BMW i3s təkmilləşdirilmiş sabitləşdirici alıb. Eyni zamanda, sürücü üçün drayver rejimi də əlyetərlidir. Bu, akselerator pedalının reaksiyasını artıracaq. Sükan idarəçiliyi də yenidən tənzimlənəcək.

Bu xəbər 306 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.