11 yaşında milyonçu olan limonad istehsalçısı

11 yaşında milyonçu olan limonad istehsalçısı
Tarix: 27-06-2017, 23:11

Mikaila Ulmerin cəmi 11 yaşı var, amma milyon dollarlıq bir şirkətin qurucusudur: “Me & The Bees Lemonade”.

Mikaila şirkətin yaranması haqqında bunları söyləyib: “4 yaşım olanda ailəm məni uşaq iş dünyası yarışmasına qatılmaq və “Austin Limonad” gününə görə bir məhsul yaratmaq üçün təşviq etdi. Orada bir arı məni iki dəfə sancdı.

11 yaşında milyonçu olan limonad istehsalçısı



Sonra Cənubi Karolinanın Cameron şəhərində yaşayan nənəm Helen ailəmizə, “Flaxseed Lemonade” üçün yaratdığı özəl reseptin yer aldığı 1940-cı illərin yemək kitablarını göndərdi.

Arı sancmalarına nifrət etmişdim. Məni çox qorxutmuşdular. Ancaq sonra qəribə bir şey oldu. Arılardan təsirləndim. Onlar haqqında və ekosistem üçün etdikləriylə əlaqədar hər şeyi öyrəndim. Düşündüm ki, nənəm Helenin reseptindən istifadə edərək bir şey yaratsam, necə olar?

Beləliklə, “Me & Bees Lemonade” yarandı. Bu nənəmin kətan toxumu reseptinə və arılara qarşı yaranmış sevgimdən irəli gəlir. Bu limonadların tərkibinə yerli bal qatılır. “Me & The Bees”in “Whole Foods” marketin 55 mağazasında satışı həyata keçirilir.

11 yaşında milyonçu olan limonad istehsalçısı


Mikaila gəlirinin bir qismini bal arılarını xilas etmək üçün mübarizə aparan yerli və qlobal təşkilatlara bağışlayır.

Bu xəbər 168 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.