Kıvanç Tatlıtuğ koronavirusdan belə qorunur

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni xəbərlə gündəmə gəlib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, pandemiya başladıqdan sonra iki dəfə xəstəxanaya aparılan və sətəlcəm diaqnozu qoyulan aktyor bu dəfə tədbiri əldən verməyib.
O, pandemiya dövründə infeksiyalardan qorunmaq üçün həyat yoldaşı ilə birgə ödənişli proqrama qoşulub. Aktyor iki günlük proqram üçün adambaşına 22 min lirə ödəyib.
Burada məşhur cütlüyə sağlam qidalanmadan həkim nəzarətinə qədər müxtəlif prosedurlar tətbiq edilir. Onlar proqram müddətində immun sistemini gücləndirən dərmanlar qəbul edib, pəhriz yeməkləri yeyəcəklər.