Əzələləri şişirtmək üçün 10 mühüm qayda

Əzələləri şişirtmək üçün 10 mühüm qayda
Tarix: 15-07-2017, 17:14

1.Ağır qaldırın! Ən böyük faktorlardan biri olaraq bunu bilməlisiniz ki, məşq proqramınız kifayət qədər ağırdır. Bu olmadan bədənivizin artıq kaloriləri əzələyə çevirmək üçün heç bir səbəbi olmaz və siz sadəcə olaraq yağ alacaqsınız. Sizin planınız da yağlanmaq yox keyfiyyətli dərəcədə şişməkdir.
2.Məşq vaxtında Karbohidratlar yeyin. Şişmək periodunda karbohidratlardan qorxmamalısınız. Karbohidratlar sizin bədəninizi enerji ilə təmin eləyəcək. Əzələnin inkişafı üçün kifayət qədər enerji olduğuna əmin olmalısınız.
Əgər yağ alımına minimum səviyəyə salmaq istəyirsənizsə ən yaxşısı karbphidratları məşqdən qabaq qəbul eləməkdir. Bu vaxt bədənin karbohidratlara çox ehtiyacı olan period olur və məşq vaxtı hamısını yandırır. Məşqdən sonra da hər yemək də az olaraq istifadə eləyə bilərsiniz.
3.Daha çox yeyin.. Bu demək olar ki, yeni başlayanların ən çox elədiyi səhv olur. Çox yeməkdən çəkinib qarın əzələlərinin yox olacağına inanırlar. Bu şişmə periodu çox qısa perioddur və potensial olaraq ən çox əzələni bu periodda qazancaqlar.
4.Kardio hərəkətlərinə limit qoyun.. Nə vaxt ki, şişməyə qərar verdiniz kardio hərəkətlərinə limit qoymalısınız. Bunu həftədə 1 və yaxud iki dəfəyə endirin. Çünkü bədəndəki enerjini yağ yandırmağa yox əzələ çıxartmaq üçün işlədəcəksiniz. Əgər gördüyünüz idman növü bu hərəkətləri tələb eləyirsə onda kaloriləri artıra bilərsiniz.
5.Daha çox yağ yeyin.. Çox gənc kim çəkisini artırmaq istəyirsə astronomik dərəcədə çox kalori qəbul eləyir. Əgər siz idmançı qidası yeməsəniz siz mədənizdə rahatsızlıqlar hiss eləyəcəksiniz. Bunun çarəsi isə daha çox sağlam qidalardan istifadə eləməkdir.Yağ deyildikdə kərə yağı kimi keyfiyətsiz yağlar yox fındıq, badam, zeytun kimi yağlar yeməyə çalışın.
6.Qarışıq hərəkətlərdən istifadə eləyin.. məşq vaxtı Məşq sisteminizdə çoxlu hərəkətlər olmalıdır. Şişmək üçün ən əsas hərəkətlərdən, sinə üçün, çiyin üçün şdanq, ayaqlar üçün squat, bütün bədənin duruşu üçün deadlift kimi ən əsas hərəkətləri heç vaxt məşq sisteminizdən çıxartmayın.
7.Kifayət qədər dincəlin.. Bunu unutmayın ki, əzələlər məşqdən sonra bədəniniz dincələndə inkişaf eləməyə başlayır. İdmanın əsas maddələrindən biri də stressiz həyat tərzidir.
8.Kifayət qədər yuxu aldığınıza əmin olun.. Dincəlməkdən əlavə yuxu ən vacib maddələrdəndi. Bədən kifayət qədər yuxu almayanda kortizol hormonu istehsalına başlayır, bu da ki katabolik proses yəni inkişafın lehinə olan prosesə gətirib çıxardır. Ancaq yuxunuz 8-10 saat arasında olanda bədəndə böyümə hormonu istehsalı başlayır və əzələnin ən mühüm inkişafı bu hormon buraxılanda olur.
9.Protein qidalanmağınızı normal tutun.. Çox insan əzələ çıxardarkən inanılmaz dərəcədə protein qidalanmasına keçir. Burası doğrudur ki, protein bədəninizdə əzələlərin inkişafına xidmət eləyən ən mühüm qidadır. Ancaq bunu da yaddan çıxartmayın ki, əlavə protein alımı əzələ olaraq gəlmir, onun yerinə bədəndə yağ olaraq yığılır və yaxud məşq vaxtı karbohidratlardan yox proteinlərdən istifasdə eləməyə başlayır.
10.Özünüzü idarədən uzaqlaşmamağa çalışın
Bunu unutmayın ki, şişmə periodu özüvüzü itirib nə qədər yeyib yağlanma prosesi deyil. Hər nə qədər xırda yağ toplansa da bu periodda, ancaq sizin əsas prinsipiniz yağ toplamaq deyil. Bu xırda yağlanmanı da başqa bir period da əridib yağsız əzələ kütləvizə sahib olacaqsınız.

Bu xəbər 763 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.