Qəbir əzabını yüngülləşdirmək üçün nə etmək olar?

Qəbir əzabını yüngülləşdirmək üçün nə etmək olar?
Tarix: 6-04-2017, 09:04

Təzə vəfat etmiş adamın qəbir əzabını yüngülləşdirmək üçün nə etmək olar?


Qəbir əzabını yüngülləşdirmək üçün mərhumun ruhunu rəhmətlə yad etmək, Quran oxuyub savabını onun ruhuna bağışlamaq faydalıdır. Mərhumun adından sədəqə vermək, ehsan etmək, müsəlmanlara fayda yetirən fəaliyyətlə məşğul olmaq (məsələn, quyu qazdırmaq, yol salmaq, məscid, xəstəxana, məktəb tikdirmək) və bunların savabını mərhuma hədiyyə etmək də yaxşı olar. Milli.Az islam.az-a istinadən bildirir ki, dəfn gecəsində, işa namazından sonra "vəhşət namazı" adlı namaz qılmaq da məsləhətdir. Vəhşət namazı 2 rükətdir. Birinci rükətdə Fatihədən sonra ayətül-kürsi oxunur, ikinci rükətdə isə 10 dəfə Qədr surəsi deyilir. Namazın axırında bu cür dua edilir: "Allahümmə salli əla Mühəmmədin və ali-Mühəmməd. Vəb'əs səvabəha ila qəbri fülan" ("fülan" sözünün yerinə mərhumun adı deyilir). Duanın tərcüməsi: "İlahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Bu namazın savabını filankəsin qəbrinə göndər".

Bu xəbər 348 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.