Hər kim ki, İmam Hüseyn (ə) aşiqidir...

Hər kim ki, İmam Hüseyn (ə) aşiqidir...
Tarix: 4-10-2017, 08:15

Əhli-Beytə (ə) məhəbbətin meyarı elə olmalıdır ki, təkcə dildə deməklə kifayətlənməsin. Gərək mərifət və agahlıq üzərindən olsun. Həbib ibni Məzahirdə və Zuheyrdə olduğu kimi.

Çünki çox sayda insanlar Əhli-Beytə (ə) eşqdən danışırlar, ancaq bu eşqlərinə sadiq olmurlar.

Əhli-Beytə (ə) eşqin nişanəsi odur ki, insan onların bəyəndiyi hər bir işi bəyənsin. Hər nəyi ki, çirkin hesab edirlər - onu çirkin hesab etsin. Əhli-Beyti (ə) həqiqi sevmək üçün təqva və saf ürək lazımdır.
Hər kim Əhli-Beyti (ə) sevər, nə onlardan qabaqda addım atar, nə də geri qalar.

Kərbəla hadisəsində Həbib ilə Zuheyr bu kimi insanlardan idi. Onlar son nəfəslərinə qədər İmamlarına (ə) eşqlərində sadiq oldular.

İmam (ə) Kərbəla hadisəsindən əvvəl Həbibə bir məktub yazır və buyurur: "Hüseyn ibni Əlidən (ə) fəqih insan olan Həbib ibni Məzahirə! Ey Həbib! Sən hamıdan daha yaxşı bizi tanıyırsan, azad və qeyrətli insansan. Canını bizdən əsirgəmə. Peyğəmbər (s) Qiyamət günü onun mükafatını sənə verəcəkdir".

Həbib İmamın dəvətinə "Ləbbeyk!" dedi və döyüş meydanında belə bir rəcəz oxudu: "Mən Həbibəm, atam Məzahirdir. Döyüş meydanının pəhləvanı. Baxmayaraq ki, sizin sayınız bizdən çoxdur, ancaq bizim aşkar və ali hüccətimiz vardır. Siz öz əhdinizə xain olsanız da, biz sizdən daha vəfalı və daha səbirliyik". (Tebyan)

Aşura günü İmam Hüseyn (ə) Zuheyri qoşunun sağ cinahına rəhbər təyin edir. O, İmam (ə) namaz qılan zaman onu düşmən oxlarından qoruyurdu.

İmam Əli (ə) buyurur: "Muhəmmədin (s) dostu o kəsdir ki, Allaha itaət etsin, baxmayaraq ki, qohumluq bağları uzaq olsa belə".

Həbib və Zuheyrin İmamla (ə) heç bir qohumluq əlaqəsi yox idi. Ancaq öz vəfaları ilə İmama (ə) ən yaxın insan olmuşdular. İmam (ə) Zuheyr haqqında buyurmuşdu: "Allah səni Öz rəhmətindən uzaq etməsin. Qatillərinə lənət etsin".

Ona görə də hər kim Əhli-Beyti (ə) sevdiyini iddia edir, gərək eşqin meyarına da əməl etsin.

Bu xəbər 348 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.