Kartoflu Qabaq Dolması

Kartoflu Qabaq Dolması
Tarix: 18-01-2017, 08:36

Ərzaqlar

1 qabaq
3-4 kartof
200 q toyuq qiyməsi
1 x.q. un
1 soğan
1 ədəd əridilmiş pendir kubiki
duz
istiot
1 yumurta
bitki yağı

Hazırlanması

Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın.
Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun.
Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz..

Bu xəbər 72 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.