Şuba Salatı

Şuba Salatı
Tarix: 23-01-2017, 18:09

Ərzaqlar

dəniz kələmi – 2 banka
çuğundur – 2 ədəd (orta)
kök – 3-4 ədəd
kartof – 5 ədəd (orta)
pendir – 200 qr.
duz – 1,5 çay qaşığı
xama – 400 qr.
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması

Tərəvəzləri qaynadın.
Orta ölçülü dayaz qaba 3 kartofu sürtgəcdən keçirib bərabər halda nazik yayın.
Üstündən kələmin 2/3 hissəsini yayın. Sonra pendirin 2/3 hissəsini töküb ehtiyatla bərabər yayın. Pendiri azca duzlayıb üzərindən 2 ədəd kök sürtgəcdən keçirin. Duz qatılmış xamanın 1/3 hissəsini kökün üstündən yayın.
Yenidən kartof və kələmin qalığını tökün. Pendir sürtgəcdən keçirib azca duzlayın. Pendirin üstündən kök tökün.
Salatın hər tərəfini çuğundur vurub, sonda xama və ya mayonez tökün.
Bir neçə saatlıq soyuducuya qoyun.

Hakkında: Şuba salatı Rus mətbəxinə aiddir. Bu salatı Rusyada uşaqdan böyüyə hərkəs sevir və əsasən bayram süfrələrinində görmək olar. Hazırlanması çətin görünsədə asan sayılır. Salatanın adı rus dilindən alınıb və mənası kürkdür. Ərzaqlar qat qat düzüldüyü üçün kürkə bənzədilmişdir.

Bu xəbər 833 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.