Lahmacunu evdə özünüz bişirin - HAZIRLANMA QAYDASI

Lahmacunu evdə özünüz bişirin - HAZIRLANMA QAYDASI
Tarix: 5-04-2017, 09:47

Yəqin ki, lahmacunu sevməyən çox az adam tapılar. Bəs bu ləzzətli təamı evdə hazırlmağa nə deyirsiniz? Həm daha sağlıqlı və ləzzətli olacaq, həm də tez hazırlanacaq.

Ərzaqlar:

7-8 ədəd lavaş
300 qram az yağlı qiymə
3 ədəd rəndələnmiş pomidor
2 ədəd yaşıl bibər
1 ədəd quru soğan
1/3 dəstə cəfəri
Yarım stəkan duru yağ
Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı

Hazırlanma qaydası:

Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın. Hazırlanan içliyi lavaşların üstünə yayın.

200 dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.

Nuş olsun!

Bu xəbər 379 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.