Qırmızı velvet keks

Qırmızı velvet keks
Tarix: 5-06-2017, 16:10

Ərzaqlar

6 ədəd yumurtanın ağı
300 qram un
12 yemək qaşığı qarğıdalı nişastası
400 qram şəkər tozu
2 paket qabartma tozu
1,5 paket vanil
2 çay qaşığı karbonat
2 çimdik duz
8 yemək qaşığı duru yağ (120 ml )
8 yemək qaşığı kərə yağ (120 gram )
220 ml krem
3- çay qaşığı qırmızı qida boyası

krem üçün ərzaqlar:
400 gram labne
6 yemək qaşığı kərəyağ
5 su stəkanı pudra şəkəri

Hazırlanması

Kərəyağı və duru yağı qabımıza qoyub çırpırıq. Digər qabda yumurta ağını və qırmızı qida boyasını qarışdırırıq.
Ayrı bir qapda Un, şəkər,qarğıdalı nişastası, qabartma tozu, vanil, kakao ,duz və karbonatı qarışdırırıq.
Unlu qarışımı, çırpdığımız duru yağ və kərəyağı qarışımına əlavə edib qarışdırırıq.
Unlu qarışım ilə yağlı olan qarışımı əlavə etdikdən sonra kek qarışımına qırmızı qida boyası əlavə olunmuş yumurta qarışımımızı əlavə edib qarışdırırıq.əvvəlcədən isidilmiş 180 º sobada bişiririk.
Xəmiri 3 bərabər hissəyə bölürük.


Krem üçün bütün ərzaqları qarışdırırıq, soyuducuya qoyuruq. 3 bərabər kəsdiyimiz xəmirə krem çəkirik, xaricinə də krem çəkirik.
Nuş olsun.

Bu xəbər 605 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.