Qiyməli Içli Küftə

Qiyməli Içli Küftə
Tarix: 5-06-2017, 16:14

Ərzaqlar

Xəmiri üçün:
1 kilo incə küftəlik bulğur
İlıq su
Duz
İçliyi üçün:
Yarm kilo qiymə
duz
İstiot
Pul bibər
Soğan
Cəfəri
bulğur
Su

Hazırlanması

Bulğuru ilıq suda isladın.
Yumşaldıqdan sonra yaxşıca yoğurun. Arada azca ilıq su da əlavə edin.
Daha sonra soğanı maşından keçirərək suyunu sıxın.
Suyunu sıxdığınız soğanı tavada yağ da əlavə edib qovurun.
Yaxşıca qovrulan soğana qiymə və ədviyyatları da əlavə edib qovurun.
Cəfəri doğrayıb soyumağa qoyun.
Xəmirindən götürüb balaca küftə hazırlayın.
Xəmirin içini çox nazik olmayacaq şəkildə açın və 2 çay qaşığı qiymə qoyub ağzını bağlayın.
Küftələr hazır olduqdan sonra qaynayan isti suyun içinə atıb 5 dəqiqə bişirin.
Üstünə bol kərə yağı əridib tökün. Nuş olsun!

Bu xəbər 237 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.