Çörək Dolması

Çörək Dolması
Tarix: 5-06-2017, 16:16

Ərzaqlar
7-8 hamburger çörəkciyi
1 dəstə ispanaq
200 qram beşamel sousu
150 qram holland pendiri
5 dilimlənmiş pomidor
4 dilimlənmiş yaşıl bibər
Dolma üçün:

250 qram doğranmış ispanaq
1 baş quru soğan
150 qram əridilmiş yağ
Duz
Qara bibər
İçi üçün:

1 baş quru soğan
200 qram döyülmüş quzu əti
4-5 incə doğranmış göbələk
1 qırmızı bibər
1 yaşıl bibər
1 xörək qaşığı alça turşusu
150 qram əridilmiş yağ
Duz
Qara bibər
Hazırlanması

Əvvəlcə tavaya yağ tökərək ispanaq və soğanı qovurun.
Hamburger çörəklərinin içini ovun, oraya ispanağı, soğanı əlavə edin.
Döyülmüş quzu ətini tavada suyu çəkilənə qədər qovurun, soğan, pomidor və bibərləri əlavə edərək qovurmağa davam edin.
Ət tam bişəndən sonra hamburger çörəklərinin içinə doldurun.
Daha sonra çörəklərin üzərinə ovulmuş holland pendiri, beşamel sousu və kərə yağında qızardılmış göbələkləri əlavə edin.
Haqqında: çörək dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!

Bu xəbər 210 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.