Ədviyyatlardan düzgün istifadə qaydaları

Ədviyyatlardan düzgün istifadə qaydaları
Tarix: 4-10-2017, 08:26

Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.

Ədviyyatlardan düzgün istifadə qaydaları haqda yazını təqdim edir. Siyahını tam əzbərləyənədək əlinizin altında saxlayın.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano.

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu
Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan.

Qril (izqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil
Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon.

Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd.

Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan
Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə.

Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana.

Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə
İsti süd üçün: zərdəçal, zəfəran, darçın.

Bu xəbər 285 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.