Ən çox milyarder yaşayan şəhərlər

Ən çox milyarder yaşayan şəhərlər
Tarix: 16-01-2017, 20:09

Milyarder insanlar hansı şəhərlərdə yaşayır bilirsiz?

Forbes jurnalı hər il olduğu kimi bu ildə ən çox milyarder yaşayan şəhərləri sıralayıb. Onlardan beşini sizə təqdim edirik.

5.Pekin

Ən çox milyarder yaşayan şəhərlər

Çinin paytaxtı Pekin siyahımızda 5ci yerdə qərarlaşır. Pekinin milyarderləri arasında isə Zhang Xin və Pan Shi Yi kimi Çinin ən əhəmiyyətli iş adamları olaraq tanınan daşınmaz əmlak sərmayəçiləri olduğunu söyləyə bilərik. Nəticə olaraq bu şəhərdə 45 milyarder var.

4.London

Ən çox milyarder yaşayan şəhərlər


Dünyada olan milyarderlərdən 46 nəfər Londonda yaşayır. Bu milyarderlərin ümumi sərvətinin 133.7 milyard dollar, ortalama sərvətlərinin isə 3.43 milyard dollar olduğunu söyləyə bilərik. Şəhərdə yaşayan zənginlər arasında gözə dəyən adlar isə Hindistanlı Lakshmi Mittal və David Rubendir.

3.Hong Kong
Ən çox milyarder yaşayan şəhərlər

Bir çox milyarderə ev sahibliyi edən Hong Kong isə Siyahımızın 3-cü sırasında iştirak edir. 64 milyarderin yaşadığı şəhərdə daşınmaz əmlak, turizm və bir çox fərqli investisiya sektoru var. Bundan başqa Honk Konqda yaşayan milyarderlərdən birinin kazino kralı sayılan məşhur Lui Che Woo olduğu da məlumdur. 8.9 milyard dollarlıq sərvəti olan Lui Che Woodan başqa e-ticarət sahəsindən 5 milyard dollarlıq sərvət qazanan Cozef TAInin də bu şəhərdə olduğunu nəzərinizə çatdıraq.

2.Moskva
Ən çox milyarder yaşayan şəhərlər


Moskva deyiləndə isə ağlımıza ilk gələn adlar Alisher Osmanov və Viktor Vekselberg olur. Öz səyləri sayəsində milyarder olmağı bacaran iki ad da böyük şirkətlərə sahibdir. Viktor Vekselberg Renova Groupun sahibidir. Osmanov isə 14.7 milyard dollarlıq sərvətə sahibdir. Nəticədə, Moskva 68 milyarderə ev sahibliyi edir və 68 adamın ümumi sərvəti 333.9 milyard dollar olaraq ifadə edilir.

1.New York

Ən çox milyarder yaşayan şəhərlər


78 milyarder ilə dünyanın ən çox milyarderinin olduğu şəhər New York hesab edilir. Bu 78 adamın arasında Michael Bloomberg, Rupert Murdoch kimi əhəmiyyətli şəxsiyyətlər var. Digər tərəfdən ABŞda yaşayan milyarderlərin sayı 541 nəfərdir və belə hesab etmək olar ki milyarderlərin çoxu New-Yorku özünə məskən seçiblər.

Forbes jurnalı hər il milyarderlərin yeni siyahısını hazırlayır və oxuculara çatdırır. Əgər son dəfə yayımlanan siyahı ilə tanış olmaq istəsəniz saytımızda yerləşən Ən varlı insanlar adlı məqaləmizi oxuya bilərsiniz.

Bu xəbər 571 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.