Mobil telefonla qan analizi aparılacaq

Mobil telefonla qan analizi aparılacaq
Tarix: 2-02-2017, 16:09

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları mobil telefonla qanın analizini həyata keçirmək niyyətindədirlər.

Bakuplus.Az
xəbər verir ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağız üzərinə hopdurulur. Kağızın tərkibindəki maddələr qanla reaksiyaya girdikdən sonra telefonla fotosu çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə ilə qanın analizinin nəticələri əldə edilir.

Mobil telefonla qan analizi aparılacaq


İYTİ-nin əməkdaşı Ümid Hakan Yıldızın sözlərinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd qan analizinin ucuz qiymətə başa gəlməsinə və onun nəticələrinin qısa müddətdə əldə edilməsinə nail olmaqdır. Bu üsulla, hətta qanda Hepatit B və Hepatit C viruslarını da müəyyən etmək mümkün olacaq.

Bu xəbər 663 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.