“Facebook” şəbəkədaxili tanışlıq servisini işə saldı

“Facebook” şəbəkədaxili tanışlıq servisini işə saldı
Tarix: 3-02-2017, 17:21

“Facebook”un mobil versiyasında yeni “Discover People” (“İnsanları tap”) bölməsi peyda olub. Həmin bölmə eyni anda bir neçə funksiyanı yerinə yetirir.

Bakuplus.Az bu barədə “TechCrunch”a istinadən xəbər verir.

Bu servisin sayəsində istifadəçi yaxın günlərdə keçirilən konsertə daha kimin getdiyini öyrənə bilər, biznes üzrə həmkarı ilə əlaqə qura bilər və hətta görüşə dəvət edə biləcəyi tərəf-müqabilini tapa bilər.

Bölmənin aşağı hissəsində istifadəçinin yaşadığı şəhərdə yaşayan və ya onunla bir şirkətdə işləyən istifadəçilərin siyahısı verilir.

Məlumata görə, funksiya yalnız “Android” və “iOS” üçün işləkdir və funksiyadan hələlik “Facebook”un bütün istifadəçilərinin istifadəetmə imkanı yoxdur.

Bu xəbər 720 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.