Alimlər üçölçülü süni ürək yaradıblar

Alimlər üçölçülü süni ürək yaradıblar
Tarix: 13-02-2017, 16:39

İngiltərənin York Universitetinin alimləri üç müxtəlif tip ürək hüceyrəsini birləşdirməklə süni ürək toxuması hazırlayıblar.
Bakuplus.Az [/b]xəbər verir ki, [b]“Viaglue” adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan material vasitəsilə birləşdirilib. “Viaglue”yə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır.

Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub.

York Universitetinin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, “Viaglue” dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq.

Bu xəbər 226 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.