"Caviar” şirkəti yeni Nokia 3310-nun premium versiyalarını təqdim edib.

Tarix: 5-03-2017, 20:58

Onlardan biri xüsusi olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putin-ə həsr olunub, digəri isə titan korpusdan hazırlanıb. Şirkət, MWC 2017-də təqdim olunmuş yeni Nokia 3310-nun dizaynını tamamilə dəyişib. Nokia 3310 Supermo Putin adlı model, titan korpusdan hazırlanıb və 999 probluq qızıl örtük ilə örtülüb. Telefonun düymələri keramikadan hazırlanıb. Mərkəzi düyməyə isə Rusiya Federasiyasının gerbi əks həkk olunub. Arxa hissədə prezident Vladimir Putinin fotosu yerləşdirilmişdir. Bu modelin qiyməti 1702$ təşkil edir.

İkinci model, Nokia 3310 Titano adını alıb. Sözügedən modeldə dizaynerlər, 17 il bundan öncə işıq üzü görmüş o əfsanəvi Nokia 3310-nun xüsusiyyətlərini yaratmağa çalışıblar. Buna görə də telefonun korpusu, BT 23 markalı güllə keçirtməyən titandan hazırlanmışdır. Bu modeldə də bütün düymələr keramikadan hazırlanıb. Bu modelin qiyməti isə 1530$ təşkil edir.

Bu xəbər 803 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.