İki qitənin görüşdüyü yer – FOTO

İki qitənin görüşdüyü yer – FOTO
Tarix: 29-08-2017, 08:35

Bilirsiniz ki, Avrasiya ilə Amerika arasındakı çat İslandiyadan keçir?

[size=3]Bakuplus.Az bigpicture.ru-ya istinadən bildirir ki, İslandiya adası Avrasiya və Şimali Amerika litosfer plitələrinin kəsişməsində yerləşir. Planetimizin dərinliklərində daima hərəkət olduğu üçün bu plitələr də hərəkət edirlər. Onların toqquşduğu yerdə dağlar, ayrıldığı yerdə isə çatlar əmələ gəlir.

Şimali Amerika və Avrasiya plitələri ildə bir-birindən 2-7 sm uzaqlaşırlar. Məhz buna görə də burada nəhəng çat əmələ gəlib. Bu çat orada yerləşən Tinqvadlavatn gölünün dibini parçalayaraq Silfra dərəsini yaradıb. İsland dilindən tərcümədə “silfra” “gümüş ledi” anlamına gəlir.

XX əsrin əvvəlində burada YUNESKO-nun Ümumdünya irsinə daxil olmuş Tinqvedlir milli parkı yaradılıb. İnanılmaz olsa da, burada quru ilə bir qitədən o birinə keçmək mümkündür.

Gölün suyu şirin və çox təmizdir, bəzi yerlərdə görünmə dərəcəsi 300 metrədək çatır.
Silfra dərəsində su o qədər soyuqdur ki, dalma zamanı nəfəs kəsilir. Gölə su yaxınlıqda yerləşən Launqyoyudl buzlaqdan axdığı üçün il boyu temperatur 2 dərəcə təşkil edir.

İki qitənin görüşdüyü yer – FOTO


İki qitənin görüşdüyü yer – FOTO


İki qitənin görüşdüyü yer – FOTO

Bu xəbər 337 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.