Robotlar hansı peşə sahiblərini işsiz qoyacaq?

Robotlar hansı peşə sahiblərini işsiz qoyacaq?
Tarix: 3-12-2017, 20:26

İdarəetmə müşavirliyi şirkəti MakKinzi (McKinsey), mexanikləşdirmə nəticəsində hansı iş sahələrinin aradan gedəcəyi ilə bağlı bir hesabat dərc edib.

Bakuplus.Az deyerler.org-a istinadən bildirir ki, "İtirilən və qazanılan peşələr: Avtomattlaşdırma dövründə işçi qüvvəsinin dəyişikliyi" adlı hesabatda, 2030-cu ildən etibarən 800 milyon işçi qüvvəsinin işsiz qalacağı bildirilib.

Hesabata əsasən, 13 il ərzində mövcud iş qüvvəsinin 60%-nin robotlara keçəcəyi proqnozlaşdırılır.

Bu işlərdən bəzilərinin "fast-food" əməkdaşları ilə maşın operatorları olacağı qeyd olunsa da, bağbanlar, çilingərlər və dayələrin risk qrupunda olduğu bildirilir.

Hesabatda yeni iş sahələrinin yaranacağı ehtimal olunub və insanların bunun üçün yeni bacarıqlar əldə etməli olduğu vurğulanıb.

Bu xəbər 425 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.