Çinli alimlər, odda yanmayan və suda islanmayan yeni növ kağız yaradıblar.

Çinli alimlər, odda yanmayan və suda islanmayan yeni növ kağız yaradıblar.
Tarix: 11-01-2017, 21:18

Yaradılmış yeni material öz xüsusiyyətlərinə görə dünyada analoqu olmayandır. Yeni kağız, Şanxay Keramika İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. Alimlərin sözlərinə görə orqanik olmayan kağız, elastik, dözümlü və ekstremal şəraitlərdə mexaniki zədələrə məruz qalmayandır. Kağız 200 dərəcə temperatura qədər tab gətirə bilir. Bundan əlavə olaraq kağızın quruluşu ona, suyu itələmək özəlliyini verir. Bu hətta kağız mexaniki zədələnsə belə baş verir. O, qəhvə, süd, çay və s. kimi içkilərlə təmasda heç bir izi üzərində buraxmır. Hal-hazırda çinli alimlər yeni kəşflərini patentləşdirmək üçün lazımi yerə sorğu göndəriblər. Alimlərin fikrincə yeni kağızın istifadəsi üçün inanılmaz sayda sahələr var.

Bu xəbər 150 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.