Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..

Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..
Tarix: 3-02-2017, 19:54

Ralph & Russo “Eden Pump” ayaqqabılarına gördüyün ilk andan aşiq olmamaq mümkün deyil.

Ralph & Russo yüksək moda nümayişində də yer almış aksessuar kolleksiyasının eksklüziv ön izləməsini təqdim edib.
Brendin “Eden Pump” adlandırılan sehrli ayaqqabı dünyasına qısa botlar, önü açıq qısa botlar, baletlər, səndəllər və gəlinlik ayaqqabıları daxildir.

Ornamentli zərgər işçiliyi ilə təbiəti mükəmməl şəkildə ayaqqabılar üzərində canlandıran detallar bu zərif ayaqqabılara kübarlıq təəssüratı vermişdir.

Bu ovsunlayıcı ayaqqabıların dizaynı kreativ direktor Tamara Ralf və onun biznes ortağı Maykl Russoya məxsusdur. “Eden Pump” əlvan atlazlarla 7 müxtəlif rəngdə və 5 növ topuqda dizayn edilmiş ayaqqabılar tamamilə əl olub, İtaliyada hazırlanır.

“Eden Pump” eləcə də gəlinləri xəyallarına qovuşdurur. Bu ayyaqabıların sahibələri topuqlara sarılan əsl zərgərlik işi ilə birgə sanki tilsimli bir nağıl dünyasında gəzinə biləcəklər.

Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..


Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..


Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..


Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..


Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..


Ralph & Russo Ayaqqabıları Nağıl Dünyasında Gəzintiyə Dəvət Edir..




























Bu xəbər 1 321 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.