Dəb nədir

Dəb nədir
Tarix: 27-06-2017, 23:37

Dəb - (fr mode,lat modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı).[1]

Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur.

Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s.

Dəb tarixi
11-14 may 2015-ci il tarixində,Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir. Moda həftəsində 25 yerli və xarici dizaynerlər öz işlərini nümayiş etdirişdilər.

Hal-hazırda qəbulolunmuş dörd əsas dəb paytaxtı Paris, Milan, Nyu-York və London şəhərləri sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin qərargahları yerləşir. Dəb həftələri adları çəkilən şəhərlərdə keçirilir, harada ki məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi auditoriyalarına nümayiş etdirirlər. Koko Şanel və İv Sen-Loran kimi tanınmış dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir.

Son illərdə Asiya dəbi də yerli və dünya bazarlarında geniş vüsət almağa başlayıb. Belə ki, Çin, Yaponiya, Hindistan və Pakistan kimi ölkələrin geniş tekstil sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi Asiyada yerli ideyalara əsaslanaraq istehsal olunan parça növləri birbaşa satış bazarlarına çıxarılır.

Dəb nədir


Geyim
Geyim dəbi - nisbətən qısa vaxt ərzində geyim forma və nümunələrin dəyişkənliyi sayılır. “Dəbli güyinmiş” ifadəsi (Fr à la mode) XVII əsrdən bu günədək istifadə olunur. Məhz o zamandan Fransız geyim dəbi btün avropa ölkələrinə nümunə olur. İncəsənət nöqteyi nəzərindən, bir obraz yaratmaq üçün müxtəlif elementləri (saç üslubu, geyim materialları, stil, rəng, aksesuarlar)özündə birləşdirdiyi üçün, Dəb konseptual sənətə daha yaxındır. Geyim dəbi, bədən növünü vizual dominant ideallara yaraşdırma ilə bağlıdır. Məsələn Avropada gənc qızların bədənləri korset vasitəsiylə deformasiya olunurdu. Geyimdə krinolindən istifadə ləyaqət və sosial statusu vurğulayərdı. Şleyf və ya paltarın üslubu müəyyən bir səviyəyə aid olmanın göstəricisi idi.

Dəb nədir

Bu xəbər 456 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.

Oxşar Xəbərlər