Ramazan ayında mədə ağrısı olanlara bal tövsiyyəsi

Ramazan ayında mədə ağrısı olanlara bal tövsiyyəsi
Tarix: 3-06-2017, 21:12

Ramazan ayında oruc tutanda uzun müddət aclıq və susuzluq səbəbilə mədə narahatlıqlarında artım baş verə bilər. Həzm sistemini tənzimləmə xüsusiyyətinə malik olan təbii bal, aclıq səbəbiylə artan mədə turşusunu neytrallaşdıraraq, mədəni rahatlaşdırır.

bakuplus.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər Ramazan ayında uzun müddət aclıq və susuzluqdan mədəni qorumaq üçün təbii balı süfrələrdən əskik ediməməsini təklif edirlər. Həzm sistemini rahatlaşdıran bal, köpün qarşısını alır və bağırsaqların daha yaxşı işləməsini təmin edir. Digər tərəfdən, təbii bal tərkibindəki vitamin və minerallarla, qara ciyərdən toksinlərin atılmasına da kömək edir. Təbii balın oruc açanda su ilə qarışdırılaraq içilməsi ilə yanaşı, iftar süfrələrində şirniyyata alternativ olaraq da istehlak edilməsi təklif olunur.

Xüsusilə bal antibakterial, antioksidant, prebiotik təsirlərinin yaranın yaxşılaşmasını sürətləndirir və mədə problemlərinə qarşı istifadə olunur və xüsusən antibakterial təsirinin kəskin və xroniki mədə ağrılarının qarşısını alması sübut olunmuşdur. Bu xüsusiyyətləri səbəbilə orucumuzu 1 çay qaşığı təbii bal ilə aça bilərsiniz.

Boş mədəyə qəbul etdiyiniz təbii bal, mədə turşusunu neytrallaşdıraraq, sizi rahatlaşdıracaq. Həmçinin sürətlə qana qarışdığı üçün toxluq refleksini də beyinə daha sürətlə çatdırır. Bundan başqa, orucu 1 çay qaşığı bal ilə 1 stəkan ilıq suyu qarışdırıb açsanız, bağırsaqların daha yaxşı işləməsini təmin edəcəksiniz, və bununla da Ramazan ayında yaranan qəbizliyin də aradan qalxmasına kömək edəcəksiniz.

Bu xəbər 247 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.