İyulun 26-dan etibarən “Azəriqaz”ın bütün Regional qaz istismarı İdarələrinin və xidmət sahələrinin qarşısında müraciət qutularının quraşdırılmasına başlanılıb.

Bu yeni üsul internet bağlantısı olmayan abonentlərin müraciətlərini cavablandırmaq üçün tətbiq edilib.

Məktublar birbaşa İstehsalat Birliyin baş direktoruna çatdırılacaq.

Bundan başqa, “Azəriqaz” hər ay vətəndaş qəbulları həyata keçirir və sosial şəbəkələrdə birbaşa yayımlar təşkil edir.