Azərsu ASC Bakı şəhəri, Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

Azərsudan verilən məlumata görə, Binəqədinin Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək. Yağıntılar zamanı subasma hallarının qarşısı alınacaq.

Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Ardinca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək. 2000-ə yaxın evi əhatə edəcək yeni layihənin icrası növbəti yağış mövsümünə qədər başa çatdırılması planlaşdırılır.