Milli Hidrometeorologiya Xidməti hava temperaturunun 5-8 dərəcə enəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu hava şəraiti iyulun 27-dən iyulun 29-dək davam edəcək.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yağışlar səbəbindən bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu  21 – 30 dərəcə intervalında dəyişəcək.