24 iyuldan etibarən Bakı qeydiyyatı olan nəqliyyat vasitələrinə “77” seriyası verilir.

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hazırda Bakı şəhərində avtomobillər “10” və “90” kodları ilə qeydiyyatdan keçir. “99” kodu isə ümumölkə kodudur.