Bakının Nərimanov rayonunda iyulun 26-da gecə radələrində üç avtomobil toqquşub.
Heydər Əliyev prospektində əvvəlcə minik avtomobil “Audi”ya çırpılıb. Zərbənin gücündən “Audi”nin sürücüsü sükana nəzarəti itirib və əks yola çıxıb. Bu zaman ona “Daewoo” və “VAZ 2106” markalı avtomobillər çırpılıb.
Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Ölkədə cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 290 nəfər həlak olub, 700 yaxın insan isə xəsarət alıb.