Azərbaycan cüdoçusu Rüstəm Orucov iyulun 26-da Tokio-2020 Yay Olimpiya Oyunlarında
Tacikistan təmsilçisi Somon Makhmadbekova qalib gələrək 1/4 finala yüksəlib.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız iyulun 25-də rusiyalı Mua Moquşkova qalib gəlib.
Rüstəm Orucov iyulun 26-da ¼ finalda Kosovo təmsilçisi olan Gjakova ilə görüşəcək.
“Bir dəfə Avropa Oyunlarında bayraqdar olmuşam. İkinci dəfə seçilməyim xoş sürprizdir. Bu mənim üçün şərəfdir. Mən daha çox bayraq aparmaq yox, onu qaldırmaq və himnimizi səsləndirmək üçün Tokioya gedəcəm”, – Rüstəm Orucov deyib.
Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 8-ə kimi davam edəcək. Azərbaycanı Tokioda ümumi olaraq 44 nəfər idmançı təmsil edir.