İyulun 24-də Xəzər rayonununda öz həyat yoldaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən Meyxoş Cəfərov istintaqa cəlb edilib.

Hadisə Binə qəsəbəsində saat 11 radələrində baş verib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

DİN-in hesabatlarına görə, 2020-ci ilin birinci rübündə ölkədə 54 nəfər məişət zorakılığının qurbanı olub.