İyulun 26-da Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib.
Yaşı 18-dən yuxarı olan şəxslər qapalı ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu ilə daxil ola bilərlər.
Əlavə olaraq, 1 sentyabr tarixindən etibarən bütün elm və təhsil müəssisələrinin işçiləri COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunacaq.