İyulun 14-də sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Neftçala sakini saxlanılıb. O, əvvəllərdə dəfələrlə məhkum olunmuşdur. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb edirlər. Bunun üçün sosial şəbəkələrdə narkotik vasitələri ilkin olaraq pulsuz təklif edirlər. Və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər.