İyulun 26-da keçirilən brifinqdə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, yeni ailələr üçün vaksin vurulması tövsiyə edilir.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda 4 milyon 500 minə qədər vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.

Y.Qarayeva onu da qeyd edib ki, bölgələr üzrə ən çox yoluxma 54 faiz ilə Bakının payına düşür. Paytaxt ərazisində isə Binəqədi rayonunda yoluxma sayı yüksəkdir.