Avqust ayının 2-dən etibarən Nizami rayonunda yerləşən uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Valideynlər elektron qaydada bağçalarda olan boş yerlər barədə məlumat əldə edərək övladlarını qeydiyyata sala bilərlər.

Pilot layihənin ilk olaraq Nizami rayonunda keçirilməsi planlaşdırılır. Daha sonra layihə paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək.