Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən “Agile Spirit-2021” çoxmillətli hərbi təlimlərdə iştirak edəcək.

Təlimlər 27 iyul tarixindən avqustun 6-dək “tərəfdaşlıqda güc” devizi altında davam edəcək. Onlar 15 NATO üzvləri iştirakı ilə beş məkanda keçiriləcək.

Təlimlərə Azərbaycan və Türkiyə daxil olmaqla 15 ölkədən 2 500 hərbçi cəlb olunub.