Bakının Nərimanov rayonunda iyulun 27-də gecə saatlarında “Kia” və “Peugeot” markalı avtomobillər toqquşub. Bu barədə APA.az məlumat yayıb.

Hadisə Atatürk prospektində qeydə alınıb.

“Kia” yol nişanı qaydalarını pozub və digər avtomobil ona çırpılıb. Nəticədə sürücülərdən biri xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ölkədə cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 290 nəfər həlak olub, 700 yaxın insan isə xəsarət alıb.