Şüvəlan qəsəbəsində 16 yaşlı qız üç nəfər tərəfindən mütəmadi olaraq seksual hərəkətlərə və cinsi təcavüzə məruz qalıb.

Bu barədə qızın anası Xəzər rayon Polis İdarəsinə yazdığı ərizəsində bildirib.

Polis şübhəli bilinən üç şəxsi saxlayıb.

Azərbaycanda 2020-ci ildə 26 mindən çox cinayət qeydə alınıb. Onlardan zorlama və zorlamaya cəhdlərin sayı 21 təşkil edir.