Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal hospitalın digər əməkdaşı Ağayev Hüseyn ilə birlikdə Vətən müharibəsi iştirakçılarından rüşvət alması müəyyən edilib. DTX onları cinayət başında tutub.

Onlar hərbi qulluqçuların dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində rüşvət almasında şübhələnirlər.

Təqsirləndirilən şəxslər həbs olunublar. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bu cür hadisələr baş verdikdə, prokurorluq vətəndaşlardan 961 – prokurorluğun çağrı mərkəzi və ya 161 – korrupsiyaya qarşı mübarizə xidmətinin qaynar xəttinə məlumat vermələrini xahiş edir.