Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən sürücülərə meteoroloji şəraitə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, reklam lövhələrinin yaxınlığında saxlamamaq tövsiyə edilir.

Müraciətdə piyadalara yalnız müəyyən olunmuş yerlərdən keçmələri, yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən təhlükəsiz yerləri seçmələri məsləhət görülür.

İyulun 27-dən iyulun 29-dək Bakıda və Abşeron yarımadasında hava temperaturu 21–30 dərəcə intervalında dəyişəcək, şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.