İyulun 27-si axşam saatlarından Xəzər dənizində Şimal-Qərb küləyinin 19-24, arabir 28-33 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 5-7 metrə çatacağı proqnozlaşdırılır.

Hava şəraitinin dəyişməsi ilə bağlı dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib. SOCAR rəsmisi bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb, növbətçilik təşkil olunub.

4 dekabr 2015-ci il tarixində Günəşli neft yatağında fırtına səbəbindən yanğın baş vermişdir. Fövqəladə vəziyyət zamanı platformada 13 nəfər vəfat etmiş, 17 neftçi isə itkin düşmüşdür.