Dövlət İmtahan Mərkəzi 27 iyul 2021-ci il tarixində I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

İmtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.

İmtahanda 19184 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 17159 nəfər azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur.

İmtahanda 18 fiziki məhdudiyyətli abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.

İyulun 28-də IV ixtisas qrupu ilə yanaşı, I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin digər hissəsi (9421 nəfər) də iştirak edəcək.