İyulun 27-də Bakının Lökbatan qəsəbəsində iki naməlum şəxs 32 yaşlı Xırdalan sakinini zorla maşına mindirib Binəqədi qəsəbəsinə aparıb təcavüz ediblər. Bu barədə zərərçəkən polisə bildirib.

Faktla bağlı araşdırma aparılır.

Həmin gün Bakının Şüvəlan qəsəbə sakini polisə bildirib ki, 16 yaşlı qızına üç nəfər mütəmadi olaraq təcavüz edib. Şübhəli bilinən üç şəxs saxlanılıb.

Köməksiz vəziyyətdə olan insanlara təcavüz etmək dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.