İyulun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Con Kevin Stittin Zəngilan rayonuna gedib həmin ərazilərdə “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağı planlaşdırılır. Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları qeyd edilib.

Sonda xatirə hədiyyələri təqdim olunub.