İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavininin məhkəmə prosesi baş tutub. Prokurorluq Rafiq Bayramovun 10 il azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə prosesi avqustun 10-da davam edəcək.

Bayramov 2020-ci ilin may ayında həbs olunub. DTX tərəfindən saxlanılan Rafiq Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilib.

Bayramovun həbsindən bir müddət sonra Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev tutduğu vəzifədən azad edilib.