İyulun 26 Çingiz Mustafayev Fondu jurnalistlərin peşə fəaliyyətinə dəstək üçün “İlin jurnalisti” müsabiqəsini elan edib.

Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan və müstəqil fəaliyyət göstərən jurnalistlər, reportyorlar, rejissorlar, operatorlar, fotoqraflar və aparıcılar iştirak edə bilər. Yarışmaya son 1 ildə yayımlanmış və ya dərc olunmuş materiallar təqdim edilə bilər.

Hər nominasiya üçün 1 000 manat mükafat nəzərdə tutulub.

Qaliblər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günündə – 29 avqust 2021-ci il tarixində elan ediləcək.

Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir. Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev, hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir.