Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov əməliyyat olunub. Şahmatçımız bu məlumatı iyulun 27-də öz İnstagram səhifəsində paylaşıb.

Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kuboku çempionatında Məmmədyarovun səhhətində problem yaranıb və o əməlliyat olunub. Şahmatçımızı uroloq-androloq Araz Bayramov əməlliyat edib.

“Salam, dostlar. Soçidə halım pis idi və gələn kimi çox önəmli əməliyyat keçirdim.Hörmətli doktorlaruma dərin təşəkkürümü bildirirəm. Bayramovlar ailəsi həm gözəl həkim, həm də şahmatçı ailəsidir. Təşəkkürlər, artıq evdəyəm”, – Şəhriyar Məmmədyarov sosial şəbəkədə məlumat verib.

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç beynəlxalq qrossmeysterdən ibarətdir. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.